"Benfika"da möhtəşəm başlanğıc edib, hazırda qol yollarında sıxıntı çəkən Kerem Aktürkoğlunun performansı müzakirələrə davam edir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son həftələrdə geriləmə yaşayan futbolçunun heyətdəki yerini 20 yaşlı Andreas Shelderupa verməsi ehtimalı gündəmə gəlib.
Klubun "Braqa" ilə oynadığı Portuqaliya Kuboku yarımfinal oyununda baş məşqçi Bruno Laqe Keremi yerinə Shelderupa şans verib. Oyunçu çıxışı ilə böyük bəyəni qazanıb, Kerem isə 65-ci dəqiqədə meydana daxil olub. Portuqaliya mətbuatının xəbərinə görə, Shelderupun komandada qalma ehtimalı güclənib və Kerem üçün təhdid hesab olunur.
Xatırladaq ki, 7 dekabrdan qol üzünə həsrət qalan Aktürkoğlu bu mövsüm "Benfika"-da keçirdiyi 22 oyunda 10 qol və 6 asistlə komandasının 16 qoluna fayda verib.
Tural
Milli.Az