"Şübhələnirəm ki, övladım var, ancaq mənə bildirmirlər" - VİDEO

10 Yanvar 2025 16:22

Müğənni Samir Cavadzadə etirafı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, "Afaqla onlar" verilişində açıqlama verən sənətçi övladı olduğu düşüncəsini bölüşüb. 

"Şübhələndiyim məqam var. Bilsəm ki, həqiqətdir, mənim üçün möcüzə olar. Düşünürəm ki, övladım var, ancaq mənə bildirmirlər. Həmin xanım bu barədə dedi və yox oldu. Hazırda çox uzaqda -Amerikadadır. Azərbaycanlı deyil. Nə zamansa, üzə çıxacaq. Subayam, evlənə də bilərəm".

Hüseyn 
Milli.Az