Kremldən Trampın görüş tələbiylə bağlı açıqlama

10 Yanvar 2025 18:15

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşməyə hazır olduğunu bir daha bəyan edib.

Milli.Az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iki lider arasında görüş üçün heç bir ilkin şərt yoxdur:

"Prezident Putin dəfələrlə beynəlxalq liderlərlə, o cümlədən Donald Trampla dialoqa açıq olduğunu bildirib. Görüş üçün hər hansı xüsusi şərt tələb olunmur. Yeganə vacib amil qarşılıqlı istək və siyasi iradədir. Trampın da problemləri dialoq vasitəsilə həll etmək istəyi müsbət qiymətləndirilir. Hələlik görüş barədə konkret qərar yoxdur, lakin Oval Ofisə daxil olduqdan sonra bu istiqamətdə irəliləyiş gözlənilir".

Xatırladaq ki, Donald Tramp Rusiya ilə dialoqu inkişaf etdirmək istəyini bəyan edib və iki liderin mümkün görüşü müzakirə olunur.

Milli.Az