PKK silahı yerə qoya bilər - Öcalanın müraciəti gözlənilir

10 Yanvar 2025 17:58

Ömürlük həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalan tərəfdarlarına Türkiyə ilə illərdir davam edən silahlı münaqişəni bitirmək üçün silahları yerə qoymağa çağırış edə bilər.

Milli.Az xəbər verir ki, "Türkiye" qəzetinin məlumatına görə, Öcalanın mesajı İraqın şimalı və Suriyada fəaliyyət göstərən PKK silahlı dəstələrinə, həmçinin Avropadakı tərəfdarlarına ünvanlanacaq. Bu çağırışın ya əl yazısı ilə yazılmış məktub, ya da videomüraciət formasında olması ehtimal edilir.

Bildirilib ki, çağırış Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) nümayəndələrinin İmrali həbsxanasında Öcalanla növbəti görüşündən sonra yayımlana bilər. DEM nümayəndələri dekabr ayında Öcalanla artıq görüş keçiriblər.

TGRT telekanalının məlumatına əsasən, Öcalanın müraciəti fevral ayının ortalarına qədər ictimaiyyətə açıqlana bilər.

Fidan
Milli.Az