Prezident Azərbaycan ilə Mərakeş Krallığı arasında olan bu Saziş təsdiqlədi

10 Yanvar 2025 12:53

"Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

"Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş" 2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanıb.

Milli.Az