Samir Şərifov Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

10 Yanvar 2025 12:47

Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.

Qeyd edək ki, S.Şərifov 2006-cı ilin aprel ayının 18-dən maliyyə naziri vəzifəsində çalışıb.

Milli.Az