Suriyanın şimalında keçirilən əməliyyatda 20 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Milli.Az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi Fərat Qalxanı əməliyyatları çərçivəsində terrorçuları məhv edib.
Xarici İşlər Naziri Hakan Fidan və Milli Müdafiə Nazirliyinin ardıcıl xəbərdarlıqları ilə yeni əməliyyatların hazırlığına başlanılıb.
Milli Müdafiə Nazirliyi, terrorçuların heç bir yerə qaça bilməyəcəklərini və mübarizənin sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, Prezident Ərdoğan bir müddət əvvəl "Bir gecə qəfil gələ bilərik" deyərək sərhəddəki terror təhdidinə qarşı ciddi əməliyyatların siqnalını vermişdi.
Nərmin
Milli.Az