15 gün əvvəl ana olan qadının ölümünün ilkin SƏBƏBİ - YENİLƏNİB - FOTO

10 Yanvar 2025 15:50

2001-ci il təvəllüdlü pasiyent (qadın cinsli) dekabrın 10-da saat 04:10 -da ağır vəziyyətdə Mərkəzi Neftçilər Xəstəxanasına hospitalizasiya olunub.

Milli.Az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, xəstəyə göstərilən bütün zəruri və təcili tibbi müdaxilələrə baxmayaraq, saat 05:15-də dəqiqləşdirilməmiş ürək dayanması diaqnozu ilə ölüm faktı qeydə alınıb.

Bildirilib ki, pasiyent hamiləliyi boyunca özəl tibb müəssisəsində antenental xidmət alıb, eləcə də qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

"Ölümün bilavasitə səbəbi yalnız təşrih nəticəsinə təyin oluna bilər", - deyə məlumatda bildirilib.

--------

12:18

"Azərişıq" ASC-nin Mətbuat xidmətinin əməkdaşı Niftulla Məmmədliyə ağır itki üz verib.

Milli.Az xəbər verir ki, N.Məmmədlinin həyat yoldaşı 24 yaşlı Günel Məmmədli bu gün səhər saatlarında dünyasını dəyişib.

Belə ki, ötən ilin 24 dekabr tarixində qız övladı dünyaya gətirən G.Məmmədlinin səhhəti pisləşdiyi üçün Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Niftulla Məmmədli daha əvvəl AZTV-də jurnalist kimi çalışıb./"qafqazinfo"

Milli.Az