Ermənistanda deputatlar arasında dava düşdü, Paşinyan iclası tərk etdi

10 Yanvar 2025 12:05

Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən "Mülki Müqavilə" Partiyasının iclasında gərginlik yaşanıb.

Milli.Az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, iclasda hakim "QD" partiyasından olan deputat Hayk Sarkisyanla Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan arasında sözlü münaqişə yaranıb.

Münaqişənin səbəbi Sarkisyanın Tavuşda qeyri-qanuni meşə qırıntıları ilə bağlı verdiyi bəyanat olub. Deputat qubernatoru bölgədə ekoloji vəziyyəti pisləşdirməkdə ittiham edib. Təhqirlər və qarşılıqlı ittihamlarla davam edən mübahisə davaya çevrilib.

Baş nazir Paşinyan vəziyyəti idarə edə bilməyərək iclası tərk edib. Səhiyyə naziri Anahit Avanesyan toqquşmanı sakitləşdirməyə çalışsa da, gərginlik davam edib.

Nərmin
Milli.Az