Netanyahu İrana üçüncü dəfə hücum edəcək? - İclas keçirdi

10 Yanvar 2025 11:40

İsrailin Baş naziri Benyamin Netanyahu ordunun İrana üçüncü hücum ehtimalını müzakirə etmək üçün iclas keçirib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, müzakirələrdə İranın nüvə obyektlərinə zərbə endirilməsi məsələsi gündəmə gəlib.

Bəzi mənbələrə görə, İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla görüşündə İsrailin Hərbi Hava Qüvvələrinin bu əməliyyatı dəstəkləyəcəyi təəssüratını alıb.

İran İsrailin onun strateji obyektlərinə hücum etməsindən narahatdır və gələcəkdə diplomatik danışıqlara və ya nüvə silahı əldə etməyə yönələ bilər.

Nərmin
Milli.Az