"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə klubundan ayrılaraq karyerasını İngiltərədə davam etdirmək ehtimalı var.
Milli.Az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis İngiltərənin "Everton" klubunun baş məşqçi postuna əsas namizəd hesab edilir.
Hazırda "Everton" İngiltərə çempionatının turnir cədvəlində 16-cı yerdədir və komanda 19 oyundan cəmi 17 xal toplayıb.
Qeyd edək ki, Joze Mourinyo 2024-cü ilin yayından etibarən "Fənərbaxça" klubuna rəhbərlik edir. Onun əvvəlki karyerasında "Roma", "Tottenhem", "Mançester Yunayted", "Çelsi", "Real Madrid", "Porto", "Leyriya" və "Benfika" kimi məşhur klublar yer alıb.
Milli.Az