"Apple" səsimizi dinlədiyinə görə məhkəməni uduzdu: Hər cihaza görə 34 manat ödəniləcək

10 Yanvar 2025 10:02

Apple 95 milyon dollar təzminat ödəyəcək.

Milli.Az xəbər verir ki, dünyanın ən populyar şirkətlərindən olan Apple Siri-yə görə 95 milyon dollar təzminat ödəyəcək.

"Apple"nin bu qədər təzminat ödəməsinə səbəb "Siri"nin kütləvi şəkildə məhkəməyə verilməsidir. Belə ki, "Siri"nin insanların səsini hər zaman dinlədiyi iddia edilir. "Apple" də təzminat ödəməyi qəbul etdiyindən iddialar təsdiqini tapmı kimi görünür.

Təzminat müqaviləsinə əsasən Siri funksiyasını dəstəkləyən cihazlardan istifadə edənlər hər cihaz üçün 20 dollara ( 34 manat ) qədər ödəniş ala biləcəklər. Amma, bu sadəcə ABŞ üçün keçərlidir.

Şirkətdən verilən açıqlamada bildirilib ki, "Siri" səsləri dinləyir, amma, məlumatları heç vaxt marketinq profilləri yaratmaq üçün istifadə etməyib, reklam üçün təqdim etməyib və heç bir məqsədlə heç kimə satmayıb.

Səsli köməkçi texnologiyası Siri ilk dəfə 2011-ci ildə iPhone 4S modellərində təqdim edilib. İstifadəçilərin Siri-ni əllər sərbəst şəkildə aktivləşdirməsinə imkan verən "Hey Siri" xüsusiyyəti isə 2014-cü ildə təqdim olunub.

İslam
Milli.Az