Los-Ancelesdə davam edən meşə yanğınlarında ölənlərin sayı 7 nəfərə yüksəlib.
Trend-in məlumatına görə, son olaraq Pasifik Paliseyds bölgəsində baş verən yanğınlarda daha bir nəfər həyatını itirib. Bu ərazidə ümumilikdə 80 kvadratmetr sahə yanıb və 5300-dən çox infrastruktur məhv edilib.
Digər 6 nəfər isə Malibuda yanğınlar zamanı həlak olub. Bu ərazidə isə 52 kvadratmetr sahə yanıb və 5 mindən çox infrastruktur ziyan çəkib.
Los-Anceles Milli Meteoroloji Xidməti xəbərdarlıq edib ki, güclü küləklərin davam etməsi yanğın riskini daha da artırır.
XXX
Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib.
Trend xəbər verir ki, bu barədə cümə axşamı CNN məlumat yayıb.
Əvvəlcə 5 nəfərin həlak olduğu bildirilmişdi, lakin Malibuda daha bir şəxsin ölümü qeydə alınıb. Hələlik həmin şəxsin kimliyi müəyyən edilməyib.
Son məlumatlara əsasən, hazırda Los-Anceles dairəsində ümumi sahəsi 11 mindən çox hektarı əhatə edən ən azı beş yanğın davam edir. Alovlar indiyədək 5000-dən çox binanı məhv edib.
Yanğınla mübarizə tədbirləri davam edir, lakin əlverişsiz hava şəraiti vəziyyəti daha da çətinləşdirir.
Milli.Az