Mətanət İsgəndərlinin altıncı nəvəsi oldu

10 Yanvar 2025 07:40

Əməkdar artist Mətanət İsgəndərlinin altıncı nəvəsi dünyaya gəlib.

Milli.Az xəbər verir ki, bu barədə aparıcı Ayətkin Mərdanova "Qonaqcanlı" verilişində bildirib. O, sənətçinin qızı Ülkərin oğul övladı olduğunu bildirib.

Proqramda qonaq olan müğənni xəbəri təsdiq edib. O, nəvəsinə Enginhan adının verildiyini açıqlayıb.

Qeyd edək ki, Ülkər Engin adlı türk vətəndaşı ilə evlidir. Antalyada yaşayan cütlüyün bir qızı da var. (Axşam.az)

Milli.Az