Azərbaycandan Bolqarıstana qaz tədarükü müvəqqəti dayandırılıb

9 Yanvar 2025 20:25

7 yanvar 2025-ci ildən etibarən Azərbaycandan Bolqarıstana təbii qaz tədarükləri texniki səbəblərə görə müvəqqəti dayandırılıb.

Trend-in məlumatına görə, bu barədə "Bulqarqaz" məlumat yayıb və bildirib ki, tədarüklərin 11 yanvar 2025-ci ildə bərpa olunması gözlənilir.

"Texniki dayandırma barədə bildiriş 6 yanvar 2025-ci ildə Azərbaycan tədarükçüsündən alınıb", - şirkətdən bildirilib.

Baş vermiş vəziyyətdən baxmayaraq, "Bulqarqaz" türk şirkəti BOTAŞ ilə razılaşma əsasında qazın əvəzləyici həcmlərini sürətlə təmin edib.

"Bu, əlavə xərcin qarşısını alaraq regionda təbii qaz bazarında sabitliyi qorumağa imkan verib", - şirkət əlavə edib.

Trend Azərbaycan tərəfinə və Yunanıstan-Bolqarıstan inteqrasiyasının operatoruna müraciət edib, amma materialın dərc edildiyi vaxta qədər cavab alınmayıb.

Qeyd edək ki, Azərbaycan qazı Bolqarıstana Yunanıstan-Bolqarıstan inteqrasiyası vasitəsilə tədarük edir. Boru kəmərinin gücü illik 3 milyard kubmetr təşkil edir, artırılaraq 5 milyard kubmetrə qədər olma imkanı var.

Milli.Az