Müdafiə Nazirliyi partlayış səsləri ilə bağlı məlumat yaydı

9 Yanvar 2025 18:38

Plana uyğun olaraq istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq.

Aparılan partlayış işləri yanvarın 11-dək davam edəcək", məlumatda deyilir.

Milli.Az