Ermənistan Aİ-yə üzvlüklə bağlı qərarı təsdiqlədi

9 Yanvar 2025 22:11

Ermənistan hökuməti Avropa İttifaqına üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiqləyib və parlamentə göndərib.

Milli.Az xəbər verir ki, sözügedən məsələ bu gün Ermənistan hökumətinin iclasında müzakirə edilib.

Baş nazir Nikol Paşinyan bu addımın Aİ ilə yaxınlaşmağa hazır olmağı göstərdiyini, ancaq dərhal üzvlük müraciəti olmadığını bildirib. Aİ ilə əməkdaşlıq məsələsində viza rejiminin liberallaşdırılması kimi konkret nəticələr əldə edildiyi qeyd edilib.

Paşinyan Aİ ilə əlaqələrdə müzakirələrin həm nikbin, həm də gərgin olmadan davam etməli olduğunu vurğulayıb.

Nərmin
Milli.Az