Səhər kofe içənlər daha çox yaşayır - ARAŞDIRMA

10 Yanvar 2025 06:33

Yeni araşdırma səhər qəhvə içməyin sağlamlığa olan təsirlərini üzə çıxarıb.

Milli.Az xəbər veriri ki, 1999-2018-ci illər arasında aparılan və 40 mindən çox iştirakçını əhatə edən araşdırma göstərib ki, səhər qəhvə içənlərin hər hansı səbəbdən ölmə ehtimalı qəhvə içməyənlərlə müqayisədə 16 faiz daha azdır. Ürək-damar xəstəliklərindən ölüm riski isə 31 faiz daha aşağıdır.

Səhərlər qəhvə içənlərin uzunömürlülük şansları daha yüksəkdir.

Gün boyu qəhvə istehlakı ürək sağlamlığına təsir etmir və ölüm riskini əhəmiyyətli dərəcədə azaltmır.

Orta səviyyədə qəhvə istehlakı (gündə 2-3 fincan) sağlamlıq üçün optimal təsir göstərir.

Tulane Universitetindən qidalanma üzrə ekspert Lu Qi bildirib ki, sağlamlıq tövsiyələrinə qəhvə istehlakının vaxtı da əlavə edilə bilər:

"Əhəmiyyətli olan təkcə nə qədər qəhvə içdiyiniz deyil, həm də günün hansı vaxtında içdiyinizdir."

Araşdırma göstərib ki, səhər qəhvəsi ölüm riskini azaltmaq baxımından ən böyük faydanı təqdim edir.

Fidan
Milli.Az