71 yaşlı kişi faciəvi şəkildə öldü

9 Yanvar 2025 09:25

Abşeronda 71 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Milli.Az xəbər verir ki, 1953-cü il təvəllüdlü Məmmədov Rəşid Xeyrulla oğlunun yaşadığı Xırdalan şəhəri, məhəllə 26, 88 nömrəli evdə 2 gözlü qaz peçinin yanıq vəziyyətdə qalması səbəbindən dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.

Milli.Az