Rusiya ilə sərhədləri bağlı saxlayacaqlar

9 Yanvar 2025 09:17

Finlandiya şərqdən təhdid qiymətləndirməsi dəyişməz qaldığı üçün Rusiya ilə sərhədi bağlı saxlayacaq.

Milli.Az xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo partiya liderləri və parlamentdəki fraksiya rəhbərləri ilə məsələni müzakirə etdikdən sonra jurnalistlərə bildirib.

"Təəssüf ki, şərq sərhədinin təhlükəyə dair qiymətləndirməsi dəyişməz olaraq qalır, ona görə də biz sərhədi aça bilmirik", - hökümət başçısı bildirib. /APA

Milli.Az