Çadda silahlı şəxslər prezident sarayına hücum ediblər - 19 nəfər ölüb - Yenilənib

9 Yanvar 2025 07:44

07:44

Çadın paytaxtı Ndjamenada "Boko Haram" terror qruplaşmasının prezident sarayına hücumu nəticəsində 18-i terrorçu olmaqla, azı 19 nəfər ölüb.

Milli.Az xəbər verir ki, bu barədə "AFP" Çad hökumətinin məlumatlarına istinadən məlumat yayıb.

---------
00:49

Çadın paytaxtı Njamenada silahlı şəxslər prezident sarayına hücum ediblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik xidmətinə istinadən "AFP" agentliyi məlumat yayıb.

"Al Arabiya"nın məlumatına görə, hücum edənlər "Boko Haram" silahlıları olub.

Qeyd edilib ki, vəziyyət dövlət qoşunlarının nəzarəti altındadır.

Milli.Az