«İnter»in prezidenti: «Mourinyo bayramımızı korladı»
28 May 2010 19:52
İtaliya mətbuatının yazdığına görə, o, Mourinyo ilə müqavilədə mütəxəssisə razılaşmanı birtərəfli qaydada pozmaq hüququ verildiyini etiraf edib: "Mourinyo bu hüquqdan yararlanmaq fikrinə gəlib. Bayramımız korlandı və onu məhz Mourinyo korladı. Bununla yanaşı, mən ömrümün sonunadək Mourinyoya əldə etdiyimiz nailiyyətlərə görə minnətdar olacağam".
Qeyd edək ki, "Real" (Madrid) klubuna keçməyə qərar vermiş portuqaliyalı mütəxəssis "İnter"ə 16 milyon avro kompensasiya ödəyəcək.
Milli.Az