Türkiyə millisinin sabiq futbolçusu, hazırda məşqçilik fəaliyyəti ilə məşğul olan Emre Belözoğlu İstanbulda avtomobil qəzası keçirib.
Milli.Az xəbər verir ki, Belözoğlunun vəziyyətinin yaxşı olduğu bildirilib.
Fanatik-ə açıqlama verən Emre Belözoğlu deyib: "Qəza keçirdim, amma ciddi bir vəziyyət yoxdur. Ayağımdan kiçik bir əməliyyat keçirdim. Hazırda yaxşıyam. Xəstəxanadayam, amma qorxulacaq bir vəziyyət yoxdur, tamamilə yaxşıyam."
Son olaraq MKE Ankaragücü klubunu çalışdıran Emre Belözoğlu daha əvvəl Fənərbağça və Başakşehir komandalarında baş məşqçi və idman direktoru vəzifələrində çalışıb.
Lalə Qüdrətova
Milli.Az