"Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində işləmiş daxili xidmət polkovnik-leytenantı Dədəş Əlbağış oğlu Ataşov 2023-cü ilin noyabr ayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib".
Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsi 2024-cü ilin iyun ayından daxili xidmət polkovnik-leytenantı Əhmədov Elgün Vahid oğlu tərəfindən icra olunur.
Milli.Az