Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə şəhər ərazində qeydə alınıb.
Belə ki 1978-ci il təvəllüdlü A.Bəricaz bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az