Əməliyyat zamanı doğum gününü qeyd edən həkimdən açıqlama

9 Yanvar 2025 08:39

08:39

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən özəl xəstəxanlardan birində cərrah əməliyyat zamanı doğum gününü qeyd edib.

Məlumata görə, hadisə "German Hospital"da baş verib. Əməliyyat zamanı doğum günü qeyd edilən həkim xəstəxananın cərrahı, mama-ginekoloqu Ləman Əliyeva olub.

Məsələ ilə bağlı Modern.az Ləman Əliyeva ilə əlaqə saxlayıb.

O deyib ki, həmin şəxslər otağa daxil olarkən xəstənin tikişləri qoyulmuşdu: "Doğum günümdə əməliyyat sona çatanda özümün də xəbərim olmadan tibb bacıları mənə sürpriz etmək istəyiblər. Orada da artıq əməliyyat sona çatmışdı, xəstənin tikişləri qoyulmuşdu. Tibb bacıları da sanitar geyimdə idilər".

--------------
2025.01.08


Azərbaycanda həkimin əməliyyat zamanı doğum gününü qeyd etməsi faktı ilə bağlı artıq yoxlama başlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat verib.

"Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən artıq yoxlama başlanılıb. Məsələ ciddi araşdırılacaq. Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz və yanan şam ilə daxil olaraq həkimi doğum günü münasibətilə təbrik etdikləri video yayılıb.

Milli.Az