Bakıda ana və uşaqlarını maşın vurdu

8 Yanvar 2025 18:04

Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ana və iki övladını avtomobil vurub.

Bunu Trend-in sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

O bildirib ki, hadisə bu gün saat 11:30-da qeydə alınıb.

"Abşeron rayon sakini Dərgah Dərgahov idarə etdiyi "Toyota" markalı, 10-SY-242 dövlət qeydiyyat nişanlı avtomobillə yolu nəzərdə tutulmayan yerdən keçən Ramilə Məmmədova və onun iki azyaşlı övladını vurub.

Xəsarət alan hər üç şəxs xəstəxanaya çatdırılıb.

BDYPİ bir daha sürücülərlə yanaşı piyadalara da yol-hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır", - deyə o qeyd edib.

Faktla bağlı araşdırma aparılır.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib ki, 8 yanvar 2025-ci il tarixdə 2 nəfər azyaşlı (kişi cinsli) yol nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.

"Travmatik beyin qansızma diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hər ikisinin vəziyyəti ağır qiymətləndirilir",- deyə o əlavə edib.

Milli.Az