Hansı yanacaq növü ilə işləyən avtomobilləri idarə etmək daha sərfəlidir?

8 Yanvar 2025 15:40

Bu gün dünyada olduöu kimi ölkəmizdə də müxətlif növ yanacaq vaitəkəri ilə işləyən nəqliyyat vasitələrinə tələbat artır. İnsanların bəziləri avtomobil alarkən sərfəli yanacaq ehtiyatın düşünürsə, digər qismi isə tendesiyaya uyğun hərəkət edir. 

Bəs sürücülər daha çox hansı yanacaq növ ilə işləyən avtomobillərə üstünlük verirlər?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli deyir ki, müasir dövrdə ən sərfəli avtomobil Plug-in Hibrid sistemi ilə işləyən avtomobillər hesab olunur. Çünki belə tip maşınlar həm elektrik, həm də daxili yanma mühərriki ilə işləyir.

"Bu isə yanacağa təxminən 50 faizə qədər sərfiyyat deməkdir. Uzaq yol idarə olunan avtomobillərin çoxu dizeldir. Dizelde 5 litrə 100 km gedirsə, bu benzində 8 litr deməkdir. Bu da qənaətə vurduqda 30-40 faiz qenaət deməkdir. Şəhəriçi soyuq aylarda isə bu belə deyil.

Benzinlə işləyən avtomobillərin ustaları da dizellərə nisbətən daha çoxdur. Qazla işləyən avtomobillərə üstünlük verən istehlakçıların bilməli olduğu önəmli məqamlardan biri də qaz mühərrikinin zavod istehsalı olmasıdır. Əgər orijinal deyilsə, bunun yanacaq cəmi yoxdur və bu da partlayışa səbəb ola bilər. Ehtiyat hissəsi olan çəni tapmaq isə çox çətindir.

Sərfiyyata gəlincə, qazla istifadə sərfəlidir. Çünki 40-60 qəpik qazdır, benzin isə 1 manatdır, qiymət fərqi var".

Usta bildirir ki, yalnız elektriklə işləyən avtomobillər ekoloji baxımdan daha üstündür.

"Lakin bu avtomobillərin də mənfi cəhətlərindən biri onların cərəyanla təmin olunmasıdır. Xüsusilə bölgələrdə həmin avtomobillər üçün lazım olan cərəyan cihazlarının azlığı onların yolda qalmasına səbəb ola bilər".

Aysel Əkbər
Milli.Az