Bu küçədə sürət həddi endirildi

8 Yanvar 2025 14:07

Bakının Mikayıl Əliyev küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Milli.Az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məqsəd yol hərəkəti təhlükəsizliyini artırmaqdır.

Həmin yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Milli.Az