Delimitasiya ilə bağlı yeni görüşün tarixi məlum oldu

8 Yanvar 2025 13:28

"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının növbəti iclası yanvarda keçiriləcək".

Milli.Az xəbər verir ki,  bunu Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində deyib. 

Paşinyan "2024-cü ildə demarkasiya ilə bağlı müsbət təcrübənin sakit və iş şəraitində inkişaf etdirilməsi vacibdir" deyərək bu prosesə sadiq olduqlarını bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsi üzrə ilk görüşlər 2024-cü ilin noyabr ayında keçirilmişdi. Həmin iclasda iki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryan sərhədin delimitasiyası üzrə komissiyaların 10-cu iclasını keçirmişdi.

Nərmin
Milli.Az