Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma - Narahatçılığa əsas var?

8 Yanvar 2025 16:12

Azərbaycan Mərkəzi Bankı 29 dekabr 2024 tarixinə rəsmi valyuta ehtiyatları 10 milyard 959.5 milyon ABŞ dolları təşkil edib.

Milli.Az xəbər verir ki, bu da son bir ayda daha 8.3 mln. dollarlıq azalmadır. Beləliklə, Mərkəzi Bank son üç ayda xarici valyuta ehtiyatlarını 836.3 milyon dollar azalmış olub. 

Bəs bu azalma davam edə bilər? 

Məsələ ilə bağlı Milli.Az-a iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, artım sağlam məntiqlə davamlı ola bilməz. 2020-ci ilin sonu AMB valyuta ehtiyatı 6,3 milyard dollar idisə, 2021-ci ilin sonu 7 milyard dolları ötdü. 2022-ci ilin sonunda isə 8,9 milyard dolları keçdi. 2023-cü ilin sonunda isə 11,6 milyard dollara çatdı. Göründüyü kimi 4 ildə 5 milyard dollardan çox artım olmuşdur.

"Odur ki, 5 milyard dollar artımdan sonra 653 milyon dollar azalma olubsa, buna görə narahatçılığa əsas yoxdur. Yalnız o halda narahat olmağa dəyər ki, azalma 2024-də olduğu kimi qarşıdakı illərdə də davamlı olsun və illik 500-600 milyon dollarla yoz, daha böyük rəqəmlərlə müşahidə edilsin".

Aysel Əkbər
Milli.Az