İranın şimalındakı Gilan əyalətində 800 km-dək radiusda fəaliyyət göstərə biləcək "Nəzir" adlı yeni radar yerləşdirilib.
Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, radar sistemi 30 km-dən çox hündürlüyə qədər hədəfləri aşkar etmək qabiliyyətinə malikdir.
"Nəzir" radarı Ermənistan və Türkiyənin şərqinin böyük hissəsini, Gürcüstanın əksər bölgələrini, Türkmənistanın qərb hissəsini, Qazaxıstanın cənub-qərbinin bir hissəsini, eləcə də Xəzər dənizinin səmasını müşahidə edəcək.
Milli.Az