BYD-nin yeni maşını - Çuxur görəndə "uçub" keçir: 400 min manatadır - VİDEO

8 Yanvar 2025 13:10

Son illərdə həm dünyada, həm də Azərbaycanda satış rekordları qıran BYD yeni sürət avtomobilini təqdim edib.

Milli.Az xəbər verir ki, Yangwang U9 modeli tam elektriklidir. Onun ən fərqli özəlliyi avtomobilin çuxur gördükdə tullanmasındadır. Belə ki, DiSus X amartizator sistemli bu maşın kamera və sensorlar vasitəsi ilə millisaniyələr ərzində çuxur və çökəkliklərə reaksiya verir.

BYD-nin açıqlamasına görə bu maşının təkərləri yerdən 6 metrə qədər məsafəyədək havalana bilir.

Yangwang U9, 960 kW (1287 at gücü) və 1680 Nm fırlanma anı verən dörd elektrik mühərrikinə malikdir. Bu, avtomobilin 0-100 km/saat sürətlənməsini yalnız 2,36 saniyədə tamamlamasına imkan verir. Batareya tutumu 80 kWsa olan avtomobil, CLTC-ə görə 465 km mənzil təklif edir. 800V elektrik memarlığı ilə təchiz edilmiş avtomobil, yalnız 10 dəqiqəlik şarjla bataryasını %30-dan %80-ə qədər doldura bilir. Yangwang U9, həmçinin ikili şarj dəstəyi ilə də fərqlənir; bu xüsusiyyət, iki fərqli şarj kabelini eyni anda qoşub şarj etməyə imkan verir. Model 230 min dollara satışa çıxarılıb.

İslam
Milli.Az