Moskva-Termez reysini yerinə yetirən "Özbəkistan Hava Yolları"na məxsus təyyarə duman səbəbindən hava limanına eniş edə bilməyib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti"yə şirkətin mətbuat xidmətindən məlumat verilib.
"Özbəkistan Hava Yolları"na məxsus HY-9610 Moskva-Termez reysinin ekipajı təyinat hava limanında güclü duman səbəbindən Səmərqəndə yola düşmək qərarına gəlib", - şirkətin açıqlamasında bildirilib.
Həmçinin, qeyd olunub ki, hava şəraiti yaxşı olarsa, təyyarə Termizə uçacaq.
Milli.Az