"Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqlarının artırılması nəzərdə tutulub. Ümumilikdə bu islahatdan 700 mindən çox şəxs yararlanacaq".
Milli.Az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
Onun sözlərinə görə, islahatdan yararlanacaq vətəndaşların 400 mini dövlət, 300 mini isə özəl sektorda fəaliyyət göstərənlərdir.
"Müavinət və təqaüdlərin artırılması ilə böyük kəsimi əhatə edən islahat nəzərdə tutulub. Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək".
Milli.Az