Afrikada Azərbaycanın 3 gəmisi girov götürülüb? - Rəsmi AÇIQLAMA

8 Yanvar 2025 10:20

Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) aid deyil.

Milli.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev şəxsi "Facebook" səhifəsində yazıb.

Bildirilir ki, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır.

"Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır", - deyə qeyd edilib.

Milli.Az