Qonşusunun dəmirlə döydüyü qadın öldü

8 Yanvar 2025 09:35

Sumqayıtda qonşular arasında mübahisə zamanı dəmir parçasıyla döyülən qadın ölüb.

Milli.Az xəbər verir ki, hadisə 5 yanvar tarixində şəhərin Xəzər bağlarında qeydə alınıb.

1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu,1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.

Qapalı kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsində müalicə alan Mehparə Ələkbərova bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır. /APA 

Milli.Az