Edama məhkum olunmuş iki məhbus Baydenin əfvini qəbul etmədi - FOTO

8 Yanvar 2025 19:30

ABŞ-də iki məhbus ABŞ Prezidenti Co Bayden tərəfindən edam cəzasının ömürlük həbslə dəyişdirilməsi qərarını qəbul etməyib. Onlar bu qərarla bağlı sənədləri imzalamaqdan imtina edərək etirazlarını bildiriblər.

Milli.Az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Məhbusların vəkilləri məhkəməyə müraciət edərək, Baydenin qərarının ləğv olunmasını tələb ediblər.

Məlumata görə, ölüm cəzasına məhkum edilmiş şəxslərin işləri, ədalət mühakiməsi zamanı mümkün səhvləri aradan qaldırmaq məqsədilə həmişə daha dəqiq araşdırılır.

Xatırladaq ki, dekabrın sonunda Co Bayden federal məhkəmələrdə edam cəzasına məhkum edilən 40 nəfərdən 37-nin ölüm hökmünü şərti azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbs cəzası ilə əvəz edib.

Fidan
Milli.Az