"Ərim köhnə kişilərdəndir, istədiyimin fotosunu atıram, pulunu göndərir" - VİDEO

8 Yanvar 2025 09:10

Müğənni Vəfa Şərifova maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, "Qonaqcanlı"nın efirində sənətçi həyat yoldaşından danışıb. 

Onun romantikadan uzaq biri olduğunu deyən Vəfa bahalı hədiyyələrinin necə aldığını etiraf edib:

"Mənə deyirlər ki, özüm-özümə hədiyyə edirəm. Əslində elədir. Mən seçirəm, şəkilini atıram ki, bunu istəyirəm. O da pulunu kartıma göndərir. Həyat yoldaşım köhnə kişilərdəndir. Bizdə romantika yoxdur. Gözləmədiyim halda sürpriz olmayıb. Küsəndə hədiyyə aldığı olub".

Hüseyn 
Milli.Az