«Əl-Qaida» yeni liderini təqdim etdi

28 May 2010 14:45
Milli.Az xəbər portalının MIGnews.com saytına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı vətəndaşı olan şəxsin bu posta təyinatı "Əl-Ərəbiyyə" telekanalı ilə yayımlanıb. Onun heç zaman həbsdə olmadığı və ABŞ-ın Quantanamo həbsxanasında yatmadığı xüsusi vurğulanır.

Xatırladaq ki, terror təşkilatının Yəmən qanadının lideri ötən ilin dekabrı və bu ilin yanvarında keçirilən xüsusi əməliyyatlar zamanı həlak olub.

Milli.Az