Vüqar Qurbanov Aqşin İsayevi baş həkim təyin etdi

7 Yanvar 2025 15:48

Göyçay Rayon Mərkəzi Xəstəxanasına direktor müavini - baş həkim təyin edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, baş həkim vəzifəsi Aqşin İsayevə həvalə olunub.

Baş həkim xəstəxananın direktoru Talıb Məmmədov tərəfindən kollektivə təqdim olunub.

Milli.Az