Sağ qalan bələdçi Zülfüqar Əsədov Prezidentlə görüşündən DANIŞDI - VİDEO

7 Yanvar 2025 08:32

AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin sağ qalan bələdçisi Zülfüqar Əsədov Prezidentlə görüşündən danışıb.

Milli.Az xəbər verir ki, Z.Əsədov İTV-yə müsahibəsində bildirib ki, sağ qaldıqlarına hələ də inana bilmir:

"Dəhşətli görüntü idi. Hesab edirdim ki, o məqamda ölümə hazır olmalı idim. Bu gün isə Aydan xanımla birlikdə Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli "Rəşadət" ordeni ilə təltif olunduq. Prezidentimizə təşəkkür edirəm!", - o bildirib.

Ətraflı süjetdə:

Milli.Az