Renat Dadaşov karyerası ilə bağlı yekun qərarını verdi

6 Yanvar 2025 17:51

Azərbaycanlı hücumçu Renat Dadaşov mövsümün qalan hissəsini Türkiyənin "Ankaragücü" klubu ilə keçirəcək.

Milli.Az xəbər verir ki, Azərbaycan millisinin 25 yaşlı hücumçusu klubun heyətində meydanda az oynamasından narazı olsa da, tələsik qərar qəbul etməyəcək.

Eyni zamanda, "Ankaragücü" ilə 2025/26 mövsümünün sonuna qədər mövcud müqaviləyə baxmayaraq, Dadaşov yayda komandadan ayrılacaq. /Oxu.Az

Milli.Az