Netanyahunun istefası tələb edilir - Aksiyalar davam edir

6 Yanvar 2025 20:51

İsrailin baş naziri Benyamin Netanyahu və hökumətinə qarşı etirazlar Təl-Əviv küçələrində davam edir. Nümayişçilər hökumətdən girovların evlərinə qaytarılmasını tələb edir və istefa çağırışları səsləndirirlər.

Milli.Az xəbər verir ki, etirazçılar Təl-Əvivin Begin küçəsinə toplaşıb. Minlərlə insan Netanyahu əleyhinə plakatlar və lövhələr qaldıraraq hökuməti girovların azad olunması üçün dərhal hərəkətə keçməyə çağırıb. "İstefa" şüarları ilə müşayiət olunan aksiyalar atəşkəs danışıqlarının uzanmasına qarşı bir etiraz jestidir.

Polis nümayişlərə sərt müdaxilə edib. TOMA-lar və atlı əsgərlərlə nümayişçilərə qarşı güc tətbiq olunub və çoxlu sayda şəxs saxlanılıb.

Fidan
Milli.Az