"Fənərbağça" - "Hatayspor" oyununda qırmızı vərəqə üsyanı - VİDEO

5 Yanvar 2025 22:07

Türkiyə Super Liqasının XVII turu çərçivəsində "Fənərbağça" "Hatayspor"u qəbul edir.

Milli.Az xəbər verir ki, davam edən oyun hakim qərarına etirazlarla diqqət çəkir.

Belə ki, hakimin Osayi-Samuelin "Hatayspor"un qapıçısına açıq ayaqla zərbə endirməsinə görə vərəqə göstərməməsi qonaqların narazılığına səbəb olub. "Hataylı" oyunçular qırmızı kart tələb ediblər. Lakin oyunçuya ümumiyyətlə vərəqə göstərilməyib.

Epizodu təqdim edirik. (Offsideplus.az)

Milli.Az