“Neftçi”ylə bağlı xoş xəbər - o,qayıdır

5 Yanvar 2025 21:11

"Neftçi"də üzlər gülür.

Səbəb Emin Mahmudovun zədəsini sağaltmasıdır.

32 yaşlı yarımmüdafiəçinin çətin günləri ötən ildə qalıb.

Sonuncu dəfə 13-cü turda "Şamaxı" ilə oyunda (2:2) meydana çıxan Mahmudov Premyer Liqanın ilk yarısının son 5 görüşünü kənardan izləmişdi.

Geridə qalan müddətdə sağalma və bərpa dönəmini geridə qoyan "8 nömrə" qış toplanışının ilk məşqində kollektiv çalışmalarda iştirak edib.

Bu, o deməkdir ki, Emin 19-cu turda "Sabah"la qarşılaşmada meydana çıxmağa hazır olacaq.

Azərbaycan millisinin də şərəfini qoruyan futbolçu cari mövsümdə meydana çıxdığı 10 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. (sportinfo.az)

Milli.Az