Millinin sabiq qapıçısı vəfat etdi - Türkiyədə - FOTO

5 Yanvar 2025 18:15

Türkiyə millisinin sabiq qapıçısı Yılmaz Urul 82 yaşında dünyasını dəyişib.

Milli.Az "Haber Global"a istinadən məlumat verir ki, bunu Türkiyə Futbol Federasiyası açıqlayıb.

Bildirilir ki, Yılmaz Urul müxtəlif yaş kateqoriyalarında ay-ulduzlu formanı ümumilikdə 10 dəfə geyinib.

Karyerasının böyük hissəsini "İstanbulspor"da keçirən qolkiper "Fənərbağça"da da çalışıb./oxu.az

Milli.Az