"Azər Baxşəliyev çox pozitiv idi, fərqli zarafatları vardı"

5 Yanvar 2025 11:49

Azər çox pozitiv idi. Fərqli zarafatları var idi.

Milli.Az xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında aktyor Azər Baxşəliyev barədə danışan dostu, teleaparıcı və həmkarı Şəhriyar Əbilov deyib.

O bildirib ki, A.Baxşəliyevlə hər zaman sıx ünsiyyətdə olub: "Fərqi insan idi. Şou-biznes mühitində onun kimi adamlar azdır".

Ş.Əbilov dostu ilə sonuncu dəfə ay yarım əvvəl danışdığını söyləyib.

Qeyd edək ki, A.Baxşəliyev bu gün vəfat edib./"report"

Milli.Az