Türkiyədə sosial media fenomeni saxlanıldı

5 Yanvar 2025 10:46

Sosial şəbəkələrdəki paylaşımları ilə tanınan fenomen Murat Övüç saxlanılıb.

Milli.Az xəbər verir ki, Övüç bir müddət əvvəl təyyarədə hicab bağlayıb və "Nə etsəm yaraşır. Baxın", - deyərək həmin anları izləyiciləri ilə bölüşüb.

İstanbul Respublika Prokurorluğu həmin görüntülərlə bağlı istintaq başladıb. İstintaq çərçivəsində Murat Övüç dini dəyərləri təhqir etdiyi üçün saxlanılıb./publika.az

Milli.Az