Cənubi Koreya qəzaya uğramış təyyarənin səsyazısını araşdırır

4 Yanvar 2025 19:24

Cənubi Koreyada dekabrın 29-da baş verən təyyarə qəzası ilə bağlı müstəntiqlər "Boeing 737-800" təyyarəsindən çıxarılan səsyazıcının tam stenoqramını hazırlamağa çalışırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təhlil qəzanın səbəblərinin daha dəqiq müəyyənləşdirilməsinə yardım edəcək.

Xatırladaq ki, dekabrın 29-da "Jeju Air" aviaşirkətinə məxsus təyyarə Muan hava limanında qəzaya uğrayıb. Hadisə nəticəsində 179 nəfər həlak olub.

Milli.Az